Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Moskva yaxınlığında qəza nəticəsində ölsə də onun qəsdən öldürüldüyü ehtimal edilir.
Asayis.Az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə iddiaları təkzib edib.
O bildirib ki, təyyarə qəzası ilə bağlı iddialar tamamilə yalandır.
"Rəsmi araşdırmalar davam etdirilir. Qərb siyasətçiləri və şərhçilərinin Priqojinin Moskvanın göstərişi ilə öldürülməsi ilə bağlı iddiaları tamamilə yalandan ibarətdir".