Cavid Hüseynov “Cəbrayıl”la 1 illik müqavilə imzaladı

 Cavid Hüseynov “Cəbrayıl”la 1 illik müqavilə imzaladı

Yeni mövsümdə  2-ci liqada mübarizə aparacaq "Cəbrayıl" Cavid Hüseynovun rəhbərliyi altında çıxış edəcək. 

Asayis.Az 
xəbər verir ki, 35 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, Cavid Hüseynov 1988-ci ildə Cəbrayıl şəhərində anadan olub. Futbolçu kimi "Turan", "Neftçi", "Adana Demirspor", "Bakı", "Qəbələ", "Zirə" klublarında çıxış edib. 

2021-ci ildən "Cəbrayıl"da məşqçi karyerasına başlayıb. 2022/23 mövsümündə Premyerliqada "Şamaxı" klubuna rəhbərlik edib. 2022-ci ildə "Cəbrayıl" ilə Azərbaycan Region Liqasının qalibi olub. 

11:27 - 26 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin