Ukrayna prezidenti Volodimir Zelenski “Vaqner”in qurucusu Yevgeni Priqojinin öldüyü qəza ilə bağlı açıqlama verib.
Asayis.Az xəbər verir ki, o, bu barədə paytaxt Kiyevdə keçirilən mətbuat konfransında çıxış edib.
Açıqlamada deyilir:
"Ukrayna bəzi ölkələrə təyyarə tədarükü üçün müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq. Əslində biz dəstək istəyirdik. Baxmayaraq ki, Priqojinin ölümü müəyyən mənada bizə mütləq kömək edəcək. Bizlə bu vəziyyətin qətiyyən heç bir əlaqəsi yoxdur. Bu işdə kimin əli olduğunu hamı bilir".