"Göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Son 8 ildir ki Belçika XİN rəhbəri Bakıya gəlməyib. Mən bu fürsətdən istifadə etmək istədim".
Asayis.Az xəbər verir ki, bu barədə Belçika xarici işlər naziri Hadja Lahbib Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Ceyhun Bayramovla görüşdə ikitərəfli münasibətləri müzakirə etdiklərini bildirib: “Biz istəyirik bu münasibətlər dərinləşsin”.
“Görüşdə tikinti, səhiyyə sahəsində əməkdaşlığa toxunduq. Biz istəyirik Belçika şirkətləri burada yaxşı təmsil olunsun. Bu görüş müxtəlif məslər barədə fikir mübadiləsi üçün fürsət oldu”, deyə nazir əlavə edib.