F-16-lar Ukrayna səmasında - Rusiya buna hazırdırmı?

 F-16-lar Ukrayna səmasında - Rusiya buna hazırdırmı?

Ukrayna ilk F-16 qırıcılarını yaxın 6 ay ərzində əldə edə bilər. Bu barədə müdafiə naziri Oleksii Reznikov açıqlama verib. Hollandiyadan 42, Danimarkadan isə 19 ədəd qırıcı tədarük ediləcəyi bildirilib. 

“Əlbəttə ki, yeni texnologiyaların əldə olunması və istifadəsi Ukraynaya müəyyən üstünlüklər qazandıracaq. Cəbhənin müxtəlif istiqamətlərində və ya döyüşün müxtəlif mərhələlərində irəliləyişə sahib olacaq. Lakin bu o demək deyil ki, F- 16-lar müharibəsinin taleyini həll edəcək”. 


Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O qeyd edib ki, müharibənin taleyini həll edən amillər tək silah və texnika deyil: 

“Onları düzgün istifadə etmək, taktiki və strateji planlamanı doğru icra etmək əsasdır. Digər tərəfdən, düşmənin imkanlarını doğru qiymətləndirmək lazımdır. Rusiyanın F -16 döyüş təyyarlərindən qorunma imkanları təhlil olunmalı, həmçinin, hava hücumundan müdafiə imkanları analiz edilməlidir”. 

Ekspert əlavə edib ki, bu gün Rusiyanın müxtəlif hündürlükdə hədəfi müəyyən edib, zərərsizləşdirən HHM sistemləri mövcuddur:


“Burada başqa amil də var ki, vəziyyətin gərginləşməsinə xidmət edir. Hesab edirəm ki, Ukraynaya F -16 ların verilməsi Rusiya – NATO əlaqələrini daha gərgin müstəviyə çıxaracaq. Rus ordusunun hücum imkanlarını artıra bilər. Rusiya F-16-ların MİQ -29 modelli variantına malikdir. F -16 MİQ -29-un analoqudur. SSRİ zamanı soyuq müharibə dövründə məhz bu təyyarələrin istehsalı SSRİ və ABŞ-ın bir-birinə qarşı hava mübarizəsinə hesablanmışdı. Düşünürəm ki, qırıcıların Ukraynada istifadə olunması Rusiya hava məkanında ciddi boşluğun mövcudluğuna gətirib çıxarmayacaq”.

Demokrat.az

12:55 - 25 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin