Təyyarə qəzasında həlak olduğu iddia edilən “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin cəsədi tanınıb.
Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vaqner”in komandirlərindən biri məlumat verib.
Qeyd olunub ki, əsas əlamət meyitinin barmaqlarından birinin olmaması idi.
Mütəxəssislər ölənlərin meyitlərinin tanınması üçün məhkəmə-tibbi ekspertizası keçirəcəklər.
Xatırladaq ki, dünən Priqojinin olduğu təyyarə Rusiyanın Tver vilayətində qəzaya uğrayıb.