Türkiyədə 20 gün əvvəl əri tərəfindən 32 yerindən bıçaqlanan fenomen Merve Veziroğlu möcüzə nəticəsində sağ qalıb.
Asayis.Az baku.ws-ə istinadən bildirir ki, sosial mediya hesabından xəstə yatağında tikişləri olan əlini paylaşan Veziroğlu, "Möcüzə nəticəsində sağ qaldım. Əvvəlki kimi olamağım vaxt alacaq" - deyə bildirib.
Qeyd edək ki, hadisə İstanbulun Üsküdar rayonunda baş verib. Səhər saatlarında səbəbi bilinməyən səbəbdən mübahisə ediblər. Mübahisə zamanı Yunus Yıldırım mətbəxdən götürdüyü meyvə bıçağı ilə yataq otağında Merve Yıldırıma 32 bıçaq zərbəsi vurub.
Yunus Yıldırım daha sonra polisə zəng edərək həyat yoldaşını bıçaqladığını bildirib.
Merve Veziroğlu xəstəxanada müalicə olunarkən, Yunus Yıldırım həbs olunub.