İlon Musk tərəfindən satın alındıqdan sonra "X" adını alan "Twitter", son vaxtlar böyük dəyişikliklərə məruz qalıb.
Sosial media platforması indi xəbər məqalələrinin görünmə tərzində böyük dəyişiklik etməyi planlaşdırır.
Musk və komandası "X" (Twitter) üzərindən paylaşılan xəbərlər üçün yeni görünüş üzərində işləyir.
Məşhur milyarder jurnalistlərin də xəbərlərini "X" sosial şəbəkəsində dərc etmələrini istəyib.
Hazırda platformada paylaşılan xəbər bağlantılarına başlıqlar, keçid və əsas foto daxildir. İlon Musk və komandasının üzərində işlədiyi yeni sistem başlıqları ləğv edir. Paylaşılan xəbərlər indi yalnız linklər və fotodan ibarət olacaq.
"X"in yeni xüsusiyyəti ilə hesab adminləri hər paylaşım üçün əl ilə mətn yaratmalı olacaqlar. Çünki xəbərin başlığı və təsviri artıq postda yer almayacaq.
Məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, dəyişiklik birbaşa sosial şəbəkənin sahibi İlon Musk tərəfindən edilir.