Abxaziya və Cənubi Osetiya Rusiyaya birləşdirilə bilər.
Asayis.Az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev “Arqumetı i faktı” qəzeti üçün yazdığı məqalədə bildirib.
Medvedeyev yazını 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsinin 15 -ci ildönümü münasibəti ilə yazıb.
Medvedyev qeyd edib ki, Rusiya 2008-ci ildəki tarixin təkrarına ehtiyac duymur və problemləri BMT nizamnaməsi ruhunda danışıqlar masası arxasında həll etməyə hazırdır.
“Ancaq narahatlığımızın real hədləri yaranarsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Bunun üçün yaxşı səbəblər olarsa, o, həyata keçirilə bilər”, – deyə o yazıb.
2008-ci ildə prezident olarıkən Rusiya qoşunlarının Cənubi Osetiyaya daxil olmasına göstəriş verən Dmitri Medvedev iddia edib ki, Rusiya o zaman BMT nizamnaməsinə uyğun hərəkət edib.
Azpost.info