Bu ölkə Polşaya 12 milyardlıq döyüş helikopterləri satacaq

 Bu ölkə Polşaya 12 milyardlıq döyüş helikopterləri satacaq

ABŞ Dövlət Departamenti Polşaya 12 milyard dollar dəyərində "AH-64 Apache" döyüş helikopterlərinin mümkün satışını təsdiqləyib.

Asayis.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, potensial sövdələşmə çərçivəsində Varşava bu texnika üçün müşayiətedici avadanlıqla təchiz olunacaq.

Qeyd edək ki, iyul ayında Polşanın müdafiə naziri Mariuş Blaşak Varşavanın şərq sərhədini möhkəmləndirmək məqsədilə Vaşinqtondan 96 ədəd "AH-64" helikopteri satın alacağını bildirib.

"Boeing AH-64 Apache" ABŞ ordusunda 1980-ci illərdən bəri istifadə olunan əsas zərbə helikopterləridir.

15:45 - 23 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin