Meyxanaçı Rüfətdən Nigarın hovuzdakı videosuna REAKSİYA - “Mənim üçün o, “Niquşdur” - VİDEO

 Meyxanaçı Rüfətdən Nigarın hovuzdakı videosuna REAKSİYA - “Mənim üçün o, “Niquşdur” - VİDEO

Meyxanaçı Rüfət Nasosnu Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın Bodrumda istirahət zamanı çəkilən hovuz görüntüləri ilə bağlı dərc olunan xəbərinə özünəməxsus şəkildə şərh bildirib. 

Asayis.Az bizim.media-ya istinadən bildirir ki, söz xiridarı bununla bağlı aparıcısı olduğu "Meyxəbər" verilişində danışıb. 

Rüfət "Nigar sizin üçün Nigar Camaldır. Mənim üçün "Niguş Camaldır". Nigar onsuz da hər zaman gündəmdir. Sənətçi gecə saatlarında hovuzda üzərkən çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
İndi Mehman Əhmədli girib Nigarın həmin videosuna baxacaq (gülür)" sözləri ilə hamını güldürüb. Bu anda isə Mehman "Rüfət, sən girib Nigarın videosuna baxacaqsan. Mən artıq baxmışam" deyərək, qarşı tərəfin cavabını verib. 

Efirdə yayımlanan verilişdən həmin görüntüləri təqdim edirik:

15:30 - 23 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin