General Sergey Surovikin Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb.
Asayis.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalist Aleksey Venediktov deyib.
O bildirib ki, general "Vaqner" qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.
Sergey Surovikinin qızı isə atasının həbs edilmədiyini bildirib.
Qeyd edək ki, "Vaqner"in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.