Xoşqədəm: “Nankor övladlara ölüm arzulayıram” – VİDEO

 Xoşqədəm: “Nankor övladlara ölüm arzulayıram” – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Asayis.Az bizim.media-ya istinadən bildirir ki, televiziya ulduzu aparıcısı olduğu "Səni axtarıram" ictimai-sosial verilişində valideynlərə əzab-əziyyət verən nankor övladlardan söz açıb. 

Xoşqədəm onlara ölüm arzuladığını bildirib: 

"Allah heç bir valideyni övladı ilə sınağa çəkməsin. Nə xəstəliyi ilə, nə də ki nankorluğu ilə... Allah keçsin günahımdan. Hər zaman deyirəm, nankor övladlara ölüm arzu edirəm. O valideyn min dəfə dost-düşmənin içində ki, ölür, bax, o əziyyət çəkib yaşayaraq ölən valideynin yerinə nankor övladlar ölsün.

Hamı da bilsin ki, ölüb və o valideyn gedib onu hər dəfə o məzarın üstündə ağlasın. Mən tanınan insanam. Məni beşi istəyirsə, onu istəmir. Elə bilməyin ki, sadə, evdə oturub, fəhləlik edən insanlarda belə deyil.

Onları da özünə görə, istəməyən insanlar var. Onların da istəməyənləri var. Belə adamlara göz yaşı töküb, amma içində sevinənlər var. Bax, o valideynləri o cür vəziyyətə salan övladlara ölüm arzulayıram". 

Milli.Az 

 

14:50 - 23 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin