Afrika İttifaqı hərbi çevriliş ilə əlaqədar konstitusiya quruluşu bərpa olunana qədər Nigerin üzvlüyünü dayandırıb.
Asayis.Az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, iyulun 26-da Nigerdə baş verən hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirən xunta rəhbərliyinə beynəlxalq təşkilatlardan reaksiyalar gəlməkdə davam edir.
Afrika İttifaqı üzv dövlətləri konstitusiya quruluşu bərpa olunana qədər Nigerdə bütün fəaliyyətləri dayandırmağa və xunta hakimiyyətini qanuniləşdirəcək hər hansı hərəkətdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Afrika İttifaqı Sülh və Təhlükəsizlik Şurasının dərc etdiyi bəyanatda qərarın şura iclasında qəbul edildiyi bildirilib.