Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub

 Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşılanma mərasimi olub.

Asayis.Az
 xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rəsmi foto çəkdiriblər.
 

18:08 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin