Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər qoyuldu

 Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər qoyuldu

Moskvanın bütün hava limanları uçuşlara məhdudiyyətlər qoyub.

Asayis.Az 
xəbər verir ki, bu, Moskvaya növbəti dron hücumu ilə bağlıdır.

Paytaxtın hava limanlarına uçan təyyarələr Nijni Novqorod, Sankt-Peterburq, Yaroslavl, Kazan, Samara və Minskdəki alternativ aerodromlara yönləndirilməyə başlayıb.

Moskva hava limanlarının təyyarələri qəbul etməməsi və göndərməməsini “FlightRadar” xidmətinin məlumatları da təsdiqləyir.

“Vnukovo” və “Domodedovo”da işlərin məhdudlaşdırılması təsdiqlənsə də, səbəbləri açıqlanmayıb.

Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, ümumilikdə, Moskva səmasının bağlanması ilə əlaqədar 45 sərnişin reysi və iki yük reysi digər hava limanlarına yönləndirilib.

Avqustun 18-də ilk dəfə olaraq dörd böyük şəhər hava limanının hamısı dron hücumuna görə fəaliyyətini dayandırıb. Daha sonra dron “Moskva Siti” biznes kompleksinə uçub, burada Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Onun qalıqları “Exposentr” pavilyonlarından birinə düşüb və xarici divarı çökdürüb.

10:00 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin