İş yerinizdə bunlar varsa, oranı tərk edin

 İş yerinizdə bunlar varsa, oranı tərk edin

Hazırda gördüyüm iş məni qane edir? Bu qədər çəkdiyim əziyyətə dəyir? Başqa nə edə bilərəm? Potensialımı kəşf etmək istəyirəm. Bəlkə də getmək vaxtıdır, amma bunu necə bilim?

Asayis.Az xəbər verir ki, iş yerində belə bir situasiya ilə qarşılaşdıqda getməyə qərar verməyinizə kömək ola biləcək bir neçə əlamət var.

Artıq işinizə nifrət edirsiniz

Bu, ən önəmli səbəbdir. İndi çox az insan var ki, həqiqətən sevdiyi yerdə işləyir. Buna görə də, öncəliklə aydınlaşdırmalısınız ki, işinizi nə qədər sevirsiniz. Adətən iş mühiti, əmək haqqı, cədvəl və iş yükü kimi səbəblər işdən ayrılma qərarınıza təsir edir. "Ya etdiyin işi sev, ya da sevdiyin işi et"

İşiniz dəyərləriniz və ya şəxsiyyətinizlə ziddiyyət təşkil edir

Maraqlar, şəxsiyyət, inam, arzular, üslub və davranışınızın müəyyən bir yerdə sıxışdırıldığına görə depressiyaya düşsəniz, işinizi dəyişdirməyi ciddi şəkildə düşünün. Həyat qısadır, yalnız özünüzə sərmayə qoyun.

Siz statusunuzu aşmısınız və ya mövqenizi yüksəltmək istəyirsiniz

Eyni mövqedə və eyni yerdə qalmaq motivasiyanın və özünü həzzin bir nömrəli qatilidir. Əgər belədirsə, o zaman prioritetlərinizi yenidən nəzərdən keçirməyin və bacarıqlarınızı tam şəkildə nümayiş etdirə biləcəyiniz bir yerə getməyin vaxtıdır.

İş yeri dözülməz hala gəlib

İş yoldaşları ilə münasibətlər bu və ya digər şəkildə gərgin olarsa, tamamilə pozularsa, bu, gərgin atmosfer məhsuldarlığınıza təsir edə bilər. Bu vəziyyətdə, dözməyi dayandırmalı və özünüz haqqında düşünməyə başlamalısınız.

İş qrafiki sizə uyğun deyil

Sağlamlığınız birbaşa işinizin qrafikindən asılıdır. Əgər siz artıq ailənizlə həyatdan həzz ala bilmirsinizsə, kifayət qədər yuxu almırsınızsa, niyə sizə daha uyğun cədvəli olan iş tapmayasınız?

Tükənmə

Yorğunluq işin kiçik bir nəticəsidir, lakin xroniki tükənmə ciddi sağlamlıq problemidir. Mənəvi narahatlıq fiziki aşınmaya çevrildikdə, bu, artıq işinizlə uyğun olmadığının açıq bir əlamətidir. İş yerində daimi yorğunluq, ürəkbulanma və ya narahatlıq hücumlarından əziyyət çəkirsinizsə, işiniz sizi məhv edir. Bu, əhəmiyyətli siqnaldır və başqa alternativlər axtarmağa başlamalısınız. (publika)

16:39 - 21 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin