“Putindən Şoyqu və Gerasimovu istefaya göndərməyi istəyirlər”

 “Putindən Şoyqu və Gerasimovu istefaya göndərməyi istəyirlər”

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir qrup nümayəndəsi ölkə Prezidenti Vladimir Putindən müdafiə naziri Sergey Şoyqunun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsini istəyirlər. 

Asayis.Az xəbər verir ki, bu barədə anonim mənbələrinə istinadən “Bloomberg” agentliyi yazıb. 

Məlumata görə, FTX-da kəskin mövqeyə sahib bir neçə şəxs “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölkənin hərbi rəhbərliyinin dəyişdirilməsi tələbini dəstəkləyib. 

Bildirilir ki, sözügedən şəxslər Rusiyada hərbi vəziyyət və tam səfərbərlik elan etməyi təklif edirlər: “Bununla belə, hələ ki Kremlin Şoyqu və Gerasimovu vəzifəsindən azad etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur”.

“Qafqazinfo”

14:11 - 21 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin