Danimarka Ukraynaya "F-16" qırıcıları verəcək

 Danimarka Ukraynaya

Danimarka Ukraynaya "F-16" qırıcıları verəcək.

Asayis.Az xəbər verir ki, bu barədə Danimarka hökuməti bəyanat yayıb.

"Rusiyanın qəddar və əsassız təcavüzü fonunda Danimarka və Niderland Ukraynaya davamlı dəstəyin son dərəcə vacib olduğu qənaətindədir. "F-16" təlimləri üzrə birgə koalisiyanın yaradılmasını nəzərə alaraq, təbii olaraq növbəti addımda təyyarələrin təhvil verilməsi barədə razılığa gəldik. Təyyarələrin verilməsi Ukraynanın (hava qüvvələrinin) tam funksional qabiliyyəti üçün həyati əhəmiyyət kəsb edəcək.

Biz ABŞ və digər tərəfdaşlarla sıx əməkdaşlıq edərək şərtlərə cavab verilən kimi F-16 təyyarələrini Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verməyə razılaşdıq. Şərtlərə müvəffəqiyyətlə seçilmiş, sınaqdan keçirilmiş və təlim keçmiş Ukrayna F-16 personalı, həmçinin zəruri icazələr, infrastruktur və logistika daxildir.

Bu səylərə paralel olaraq biz koalisiyamızı genişləndirməyi hədəfləyirik və digər maraqlı dövlətləri də iştiraka dəvət edirik.

Biz Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəsinə qətiyyətlə sadiq qalırıq",- deyə Danimarka hökumətinin bəyanatında vurğulanıb.

Danimarkada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski isə Danimarka Baş naziri Mette Frederiksenlə görüşlə bağlı "Twitter"də paylaşım edib.

"Pilotlarımız və mühəndislərimiz artıq Danimarkada təlimə başlayıblar. Danimarka Ukraynanı 19 ədəd "F-16" təmin edəcək. Hazırlıqların sürətli olması üzərində işləyirik. Danışıqlar zamanı biz təlim missiyalarının genişləndirilməsi imkanlarını da müzakirə etdik. "F-16" koalisiyamız öz effektivliyini sübut edir", - deyə Zelenski bildirib.

APA 

11:48 - 21 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin