ABŞ-da 48 yaşlı müğənni, model və Ketti Perrinin məşhur “Walking On Air” mahnısının müəllifi Kamila Leyert-Sequra itkin düşüb.
APA-nın “Sky News“-a istinadən verdiyi xəbərə görə, İsveçdən Kaliforniyaya gələn müğənni sonuncu dəfə Beverli-Xillz rayonunda iyulun 29-da görüntülənib.
Yaxınları bildirib ki, iyulun 29-dan Kamila Leyert-Sequradan hər hansı xəbər ala bilmirlər. Müğənninin “Morris” adlı pişiyi də yoxa çıxıb.