Bakıda bu villa 15 milyona satışa çıxarıldı - FOTOLAR

 Bakıda bu villa 15 milyona satışa çıxarıldı - FOTOLAR

Bakı şəhərində villa rekord qiymətə - 15 milyon manata satışa çıxarılıb.

"Yeni Sabah” xəbər verir ki, mülk Tbilisi prospektinin yaxınlığında Avropa otelinin yanında yerləşir.

36 sot həyətyanı ərazisi olan villa məşhur tikinti şirkəti tərəfindən tikilib. Elanda deyilir ki, bu villa 12 seysmik nöqtə üçün nəzərdə tutulub. 

Villanın ümumilikdə 10 otağı - 5 yataq otağı, böyük hovuzu, ofis və böyük zalı var. Mülk italyan mebelləri ilə təchiz olunub. 

Tikilinin səfirlik kimi 30.000 ABŞ dollarına mebel ilə kirayə vermək də təkliflər sırasındadır. 







 

17:39 - 20 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin