İzləyicinin bu sözləri Aynişanı əsəbiləşdirdi

 İzləyicinin bu sözləri Aynişanı əsəbiləşdirdi

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva izləyicisinin ona yazdığı şərhə əsəbiləşib.

Asayis.Az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri Aynişana "42 yaşım var, səndən cavan görsənirəm" şərhini yazıb. Həmin sözləri yayımlayan bloger belə reaksiya verib:

"TikTok-a gələn şərhlər ürəyimi açır. Niyə məndən daha cavan görsənmə istəyi var? Niyə narahatsınız? Cavan görsən, ürəyin nə istəyir et. Mən nə edim? Bu məlumat mənim nəyimə lazımdır? Məndən cavan və ya yaşlı görsənsən, həyatında nə dəyişəcək? Özün də kişi adı ilə oturmusan sosial şəbəkədə. Bilmirəm kişisən, ya qadın.

Bəlkə mən də kiməsə yazım? Bəlkə doğrudan nəsə baş verir xəbərim yoxdur? Məsləhət verin... Hər hansısa məşhura yazmaq istəyirəm ki, səndən cavan görsənirəm. Yazının sonunda da anlamsız gülmək istəyirəm, çoxlu, çoxlu".

Axşam.az

15:17 - 19 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin