Rusiya erməni jurnalist və blogeri axtarışa verdi

 Rusiya erməni jurnalist və blogeri axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) erməni jurnalist və bloger Karen Şainyanı axtarışda olan şəxslərin bazasına daxil edib.

Asayis.Az
 xəbər verir ki, Şainyan Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici casus kimi tanınıb.

Qeyd edək ki, blogerə qarşı cinayət işinin başlanması faktı iyulun 14-də məlum olub. Daha sonra “Rosfinmonitorinq” onu terrorçular və ekstremistlər siyahısına əlavə edib. 

O, Rusiyada yaşayan LGBT insanların problemlərini işıqlandıran eyniadlı yutub kanalını idarə edir. 

Bundan əlavə, o, "OstWest" kanalında yayımlanan “Za qranyu” verilişinin müəllifi və aparıcısıdır.

12:55 - 19 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin