Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında bildirib ki, Paşinyanın Ağdam – Xankəndi yolundan istifadəni qəbul etməməsi vəziyyəti gərginləşdirmək niyyətindən xəbər verir.
“Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında yenə bu məsələləri qabartdı. Laçın yolu ilə bağlı məsələni beynəlxalq müstəviyə çıxarmağa cəhd edir, sülh müqaviləsindən yayınır. Düşünürəm ki, Ermənistanın səylərinə baxmayaraq Azərbaycan Laçın dəhlizindən istifadəyə icazə verməyəcək. Qarabağdakı ermənilər yalnız alternativ yoldan istifadə edə bilər”.
Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir:
“Ermənistanın rəsmi müraciət etmədən humanitar yardım adı ilə sərhəddən yük keçirməyə çalışması Azərbaycanın ərazi bütövlüyünü tanımamaqdır. Buna görə də Azərbaycan hazırkı siyasətini qəti şəkildə davam etdirməlidir. Öz prinsipial milli maraqlarına söykənən və beynəlxalq hüququn da prinsiplərinə əsaslanan mövqeyindən geri çəkilməməli və Ermənistanın təxribatçı hərəkətlərini iflasa uğratmalıdır”.
Demokrat.az