Azərbaycanda avtomobillə sərnişin daşıyanlar lisenziya deyil, icazə almalı olacaq

 Azərbaycanda avtomobillə sərnişin daşıyanlar lisenziya deyil, icazə almalı olacaq

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Asayis.Az
 xəbər verir ki, bununla da qanun “Avtomobil nəqliyyatı haqqında” yeni qanuna uyğunlaşdırılıb.

Yenilənmiş qanunla sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənib.

Belə ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri göstərənlər icazə almalı olacaqlar. Həmin icazələr aşağıdakılardır:

-Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm daşımalarına buraxılış vəsiqəsi;

-Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;

-Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;

-Taksi sifariş operatoru fəaliyyətinə icazə.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.

10:44 - 19 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin