“Ermənistandakı azərbaycanlılara muxtariyyət verilsin!” - Həsən Həsənov, Bəxtiyar Vahabzadə 1988-ci ildəki milyonluq nümayişdə (VİDEO)

 “Ermənistandakı azərbaycanlılara muxtariyyət verilsin!” - Həsən Həsənov, Bəxtiyar Vahabzadə 1988-ci ildəki milyonluq nümayişdə (VİDEO)

1988-ci il Azərbaycan xalqının taleyində ağır izini qoyacaq hadisələrin başlandığı ildir. 

Həmin ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldırmış separatçlıq hərəkatı tezliklə Ermənistanın və xaricdəki erməni diasporasının dəstəyi ilə ciddi siyasi problemə çevrildi.

Azərbaycan xalqı 1988-ci ildə torpaq iddiası ilə çıxış edən ermənilərə öz sözünü 17 günlük meydan hərəkatı ilə dedi. Lenin adına meydana toplaşan milyonlarla insan SSRİ hakimiyyətindən bu məsələyə son qoymağı tələb edir, Azərbaycanın ərazi bütövlüyünün dəstək üçün meydandan çəkilmirdi.

Asayis.Az bildirir ki, internetdə həmin Meydan nümayişindən bəzi görüntülər yayımlanıb.

Xalq şairi Sabir Rüstəmxanlının idarə etdiyi mitinqdə çıxış edən şair Bəxtiyar Vahabzadə SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciəti oxuyur. Bu müraciətdə Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələb edilir.

Bəxtiyar Vahabzadə çıxışında deyir ki, əgər bu tələb yerinə yetirilməsə Azərbaycan daxilində olan Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilməlidir. Onun müraciəti insanların alqışları ilə qarşılanır.

Xatırladaq ki, elə həmin ilin dekabrında 200 mindən çox azərbaycanlı Ermənistan SSR-dən qovuldu.

Kadrlarda tribunda duran Azərbaycan Kommunist Partiyasının ideologiya şöbəsinin rəhbəri Həsən Həsənovu, leytenant Şmidt adına zavodun fəhləsi Nemət Pənahovu görmək olur.
 

 

Azpost.info

15:29 - 18 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin