İtaliyanın xarici işlər naziri Antonio Tayani 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin öldürülməsinin Qərb dövlətləri tərəfindən ciddi səhv olduğunu bildirib.
Asayis.Az xəbər verir ki, bu barədə ANSA agentliyi yazıb.
Onun sözlərinə görə, dövlət başçısının ölümü Afrikada siyasi qeyri-sabitliyə səbəb olub.
“Ola bilsin ki, o, demokratiya çempionu olmayıb, amma öldürülən kimi Liviyada və ümumilikdə Afrikada siyasi qeyri-sabitlik yaranıb”, – Tayani deyib.
Tayani dəfələrlə Qəddafinin öldürülməsini tənqid edib. 2022-ci ildə o, bu hadisənin Aİ ölkələrində miqrasiya böhranının güclənməsinin səbəblərindən biri olduğunu bəyan edib. Bundan başqa, onun fikrincə, Qəddafinin öldürülməsi Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən bir sıra terror təşkilatlarının güclənməsinə səbəb olub.
Azpost.info