Əlcəzair "Barbi" filminin cəmiyyətin mənəvi dəyərlərinə uyğun gəlmədiyini əsas gətirərək nümayişinə qadağa qoyub.
Asayis.Az xəbər verir ki, bu barədə Əlcəzairin Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən həftə ölkədə ekranlara çıxan qalmaqallı “Barbi” filminin nümayişinə icazə qərarı geri götürülüb.
Eyni zamanda, filmin "Əlcəzair cəmiyyətinin mənəvi dəyərlərinə zidd olduğu və homoseksuallığı təbliğ etdiyi" üçün qadağan edildiyi açıqlanıb.
Xatırladaq ki, film daha əvvəl Livan və Küveytdə də eyni səbəbdən qadağan edilib.