Qarabağ ermənilərinə bu hüquqlar veriləcək? - Lavrovun təqdim etdiyi layihə açıqlandı (FOTO)

 Qarabağ ermənilərinə bu hüquqlar veriləcək? - Lavrovun təqdim etdiyi layihə açıqlandı (FOTO)

Xankəndinin separatçı guruhunun “anti-böhran Şurası”nın rəhbəri Tiqran Petrosyan “Facebook” səhifəsində Rusiya XİN rəhbəri Lavrov tərəfindən təqdim edilən, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün hazırlanmış  layihə sənədini paylaşıb.

Asayis.Az bildirir ki, Petorysan bu layihənin iyulun 25-də təqdim edildiyini vurğulayıb.

Sənəddə  Azərbaycan SSR tərikibində olmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan erməni əhalisi üçün təklif olunan müddalar yer alır.

Burada erməni sakinlərin hüquqlarının qorunacağı qeyd olunur. Azərbaycan Respublikasının rayon və bələdiyyə səviyyələrində, prokurorluq,  məhkəmə və icra strukturları səviyəsində proprosional təmsilçik hüquqları tanınır.

Bundan başqa dövlət orqanlarında dövlət dili olan Azərbaycan dili ilə yanaşı, erməni dilində rəsmi yazışmalara icazə verilməsi, erməni dilində yol işarələrinin qoyulması, həmçinin erməni dilində orta və ali təhsil almaq imkanlar təklif edilir.

Erməni əhalisinin dini mərasimlərinin azad keirilməsi üçün şəraitin yaradılması, erməni dilində KİV təsis etmək hüququ nəzərdə tutulur.

Bundan başqa keçmiş DQMV ərazisində yaşayan erməni əhalisinin sərbəst sərhəddən kənarda əlaqələrini saxlaması üçün Ermənistanla əlahiddə saziş imzalanması təklif olunur.

Rəsmi Bakı inteqrasiya ilə bağlı rəsmi bəyanat versə də bu layihə ilə bağlı indiyə kimi hər hansı açıqlama olmayıb.

Bakı Qarabağ ermənilərinin hüquq və azadlıqlarının ən yüksək səviyyə qorunacağını dəfələrlə bəyan edib.



Azpost.info

12:56 - 17 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin