Daha 7 terrorçu zərərsizləşdirildi

 Daha 7 terrorçu zərərsizləşdirildi

Türkiyədə PKK terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, Terror Cinayətlərinə dair İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində 8 əcnəbi şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Şübhəlilərin tutulması üçün əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 7 nəfər şübhəli şəxs tutularaq saxlanılıb. 

Digər şübhəlinin axtarışı davam edir.
 

10:55 - 17 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin