Türkiyədə PKK terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Terror Cinayətlərinə dair İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində 8 əcnəbi şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Şübhəlilərin tutulması üçün əməliyyat keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində 7 nəfər şübhəli şəxs tutularaq saxlanılıb.
Digər şübhəlinin axtarışı davam edir.