Qaxda yol tikintisinə 4,9 milyon manat ayrılıb - Prezidentdən SƏRƏNCAM

 Qaxda yol tikintisinə 4,9 milyon manat ayrılıb - Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Asayis.Az
 xəbər verir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

13:48 - 16 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin