“Müharibə daha nə qədər davam edəcək? Dürüst olmalıyıq. 2-3 həftə, ilin sonuna qədər, gələn yaz - bütün bunlar doğru deyil”.
Asayis.Az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiya naziri İrina Vereşuk teleqram kanalında yazıb.
“Vətəndaşlar və hakimiyyət orqanları - hər kəs uzunsürən və çətin müharibəyə köklənməlidir”, - deyə Vereşuk bildirib.