Qolsuz idmançıya qol saatı hədiyyə edildi - VİDEO

 Qolsuz idmançıya qol saatı hədiyyə edildi - VİDEO

Şotlandiyada keçirilən dünya velosiped çempionatının mükafatlandırma mərasimində maraqlı anlar baş verib.

Asayis.Az xəbər verir ki, çempionatda 3 dəfə müxtəlif kateqoriyalarda qızıl medal qazanan qolsuz ispaniyalı para velosipedçi Rikardo Ten Argilesə qol saatı hədiyyə edilib.

Hədiyyə edilən qol saatı markasının təşkilatın sponsoru olduğu öyrənilib.

Baş verən hadisə sosial media izləyicilərinin də hiddətinə səbəb olub. Onlar bunu hörmətsizlik kimi qiymətləndiriblər.

Həmin görüntüləri təqdim edirik:

 

17:06 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin