Kıvanç oğlu ilə məşq edir - FOTO

 Kıvanç oğlu ilə məşq edir - FOTO

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə idman zalında maraqlı görüntüləri yayılıb.

Asayis.Az xəbər verir ki, fotonu aktyorun həyat yoldaşı Başak Dizer sosial media hesabında paylaşıb. 

Bodrumda tətildə olan cütlük övladları ilə birlikdə əsasən idman zalında vaxt keçirdiklərini, onda sağlam həyat tərzinə maraq yaratmağa çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 7 il əvvəl Fransanın paytaxtı Parisdə cəmi 40 nəfərin qatıldığı mərasimlə nikah masasına əyləşiblər. Ötən il aprelin 15-də isə onların Kurt Efe adlı oğulları dünyaya gəlib.

 

16:37 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin