Kannda mükafat alan məşhur rejissor həbs edildi

 Kannda mükafat alan məşhur rejissor həbs edildi

İranda “Leylanın qardaşları” filminin ssenari müəllifi və rejissoru Səid Rüstəyi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Asayis.Az xəbər verir ki, rejissor 5 il filmlərdə işləyə də bilməyəcək.

Həbsinin səbəbi kimi filminin rəsmi icazə olmadan Kann Film Festivalına göndərilməsi və rejim əleyhinə təbliğat aparması göstərilir.

Qeyd edək ki, film 2022-ci ildə 75-ci Kann Film Festivalında mükafata layiq görülüb.

“Qafqazinfo” 

13:34 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin