"İlhamə Quliyeva o vaxt dedi ki, Elza Seyidcahan yaxşı bəstəkardır, yaxşı şairə deyil. Sonra insanlar onun ağzından bu sözü götürüb tutuquşu kimi təkarar edirlər. Gəlib mənim bəstələrimi təhlil etsinlər. Heç onların mənim bəstələrimdən başı çıxmır. Elza Seyidcahan ciddi əsəsrlər bəstələyib. "Şəngülüm, şüngülüm" tamaşasına musiqi bəstələmişəm. Camaat lağa qoyub ki, "acam,ac ac". Bu sözlər mənim yox, Mikayıl Müşfiqindir. Yazıqlar heç bilmir ki, mən Mikayıl Müşfiqin pyesinə mahnı bəstələmişəm".
Asayis.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "BBC News Azərbaycanca"a müsahibəsində deyib. Müğənni yaradıcılığını, şeirlərini tənqid edənlərə cavab verib:
"İnsanlar şeirlərimə acdır. "Karın könlündəki" məsəli... "Bir əlim dalımda, bir əlim qabağımda", "Qadın bir şey istəyir", "Tikim sizin ağzınızı" şeirlərimi yozdular. Onların içləri odlu, alovludur. İçləri erotikadan yanır. Niyə deyirəm, "Tikim sizin ağzınızı"? Mənası odur ki, pis söz danışmayın. İnsanlar hara yozdu? "Sevişin ki, çoxalasınız" - mənası odur ki, gecə biri gitarası, biri qələmi, biri royalı ilə sevişir. İnsanlar isə ancaq qadın-kişi münasibətinə yozdular. Əgər mən pianoda ifa edir, barmaqlarım royalla sevişirsə, bəstə yaranır".
Seyidcahan oğlu Ələkbərin ona irad bildirməsindən söz açıb:
"Oğlumun deməyində məntiq var. Heç kim istəməz ki, anasının arxasıyca pis danışılsın. Amma indi qəbullanıb, heç nə demir. Özü də gördü ki, yaradıcılığım var".
Qadın qətllərindən danışan müğənni bundan xanımları günahlandırıb:
"Faciələrin qarşısını ancaq qadınlar özləri ala bilər. Qarşı tərəfi qıcıqlandırmamaq, özündən çıxartmamaqla. Kişi ilə uşağın kimi davranmalısan. Uşaq qaçır, qab sındırır, ana hər şeyə dözür... Kişilər uşaqlardan betərdir. Qadında beynin iki, kişidə bir tərəf işləyir. Kişini coşduranda əlindən xəta çıxır. Qadınların çoxu ailə yox, karyera xəstəliyindədirlər. Uşaqları atırlar, dayəyə verirlər. Əgər uşağı dayəyə verəcəksənsə, niyə doğursan? Bu, nə zəmanədir? Bir qadın ki, ərin paltarını yumur... Dayə ərin paltarını, corabını yuyur. Sadah da əri alır arvadın əlindən. Sonra da deyir, dayə aldı ərimi əlimdən. Ərin paltarını özün yu, uşağa özün bax, bacarırsansa, işə də get. Əgər bacarmırsansa, otur evdə, işləmə".