“Asan qollar buraxırıq” - Şahin Diniyev

 “Asan qollar buraxırıq” - Şahin Diniyev

“Gərgin oyun idi. Hər iki komanda qələbə qazana bilərdi”.

Asayis.Az xəbər verir ki, bu sözləri “Səbailin baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının II turunda “Neftçi” ilə matçdan sonra təşkil edilən mətbuat konfransında deyib.

O, 1:1 hesablı heç-heçə başa çatan oyunu belə şərh edib:

“Komandada böyük dəyişikliklər olub. Uyğunlaşma üçün 5-6 matç lazımdır. Əks-hücumlarda uğur qazanmaq istəyirdik. Hesab oyuna görə oldu. Təəssüf ki, asan qollar buraxırıq.

Penaltidən qapımızdan qol gördük. Məncə penalti yox idi. Rəqib oyunçu təhlükəli oynamışdı. "Neftçi" qol vəziyyəti yarada bilmirdi. Bir xal da yaxşıdır”.

Təcrübəli mütəxəssis texniki zonadan meydana atılan su şüşəsinin rəqib futbolçu Qara Qarayevə atılmadığını söyləyib:

“Emosional hal idi. Ona qədər cərimə zərbəsi var idi. Kimsə çırpdı yerə və şüşə sürüşə-sürüşə meydana getdi. Qaraya qarşı deyildi. Qəsdən edilməmişdi. Sadəcə, olan vəziyyətə görə idi. Cərimə əks tərəfə göstərildiyindən əsəbdən qaynaqlandı”.

Oxu.Az 

14:50 - 15 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin