63 min dollar maaşla işçi axtarılır

 63 min dollar maaşla işçi axtarılır

Bukingem sarayı ildə 63 min dollar maaş alacaq davamlı inkişaf hesabatlılığı üzrə menecer axtarır.

Asayis.Az oxu.az-a istinadən bildirir ki, işin təsvirinə uyğun olaraq, menecerin vəzifələrinə karbon izi məlumatlarının izlənilməsi, hesabatların verilməsi və ətraf mühitə bütün emissiyalar üzrə məlumatların toplanmasının düzgünlüyünün təkmilləşdirilməsi daxildir.

Vakansiyada qeyd olunur ki, Bukingem sarayı ətraf mühitə xüsusi diqqət yetirir.
Xatırladaq ki, kral III Çarlz uzun illərdir ətraf mühitin mühafizəsi ilə məşğul olub. Təbiətə olan həvəsinə görə o, "iqlim kralı" kimi tanınıb.

12:58 - 15 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin