"7. Koğuştaki mucize" filminin balaca qəhrəmanı Nisa Sofiya Aksongur Bakıya gəlib.
Asayis.Az axşam.az-a istinadən bildirir ki, ekran işində Ova obrazını canlandıran aktrisa İTV-də qonaq olub. Aparıcı Azər Süleymanlı Nisanın Bakıya ailəsi ilə birlikdə gəldiyini bildirib:
"Həmin kinoya baxan bütün dostlarımdan, yaxınlarımdan uzun müddət onun təsirindən çıxa bilmədiklərini eşidirdim. Ona görə cəsarət tapıb baxa bilmirdim. Nəhayət ki, xeyli tərəddüddən sonra izlədim. Bu ekran işi müasir türk kinosunun ən təsirli nümunələrindəndir. Yanımdakı balaca gözəl Nisa isə həmin filmin nailiyyətlərindən biridir. Artıq bir neçə ildir ki, Nisa və onun gözəl ailəsi ilə dostluq edir, hər dəfə Azərbaycana gələndə görüşür, efirimizə çağırırq".
Məqaləyə dair fotomateriallar: