"Danimarkanın paytaxtı Kopenhagendə bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurani-Kərimə edilən hücumlara görə təssüflənirik".
Asayis.Az xəbər verir ki, bu sözləri Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, bu tip hərəkətlər yolverilməzdir:
"Sözügedən hücumlar Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozur. Hökumətimiz bu çirkin əməllərə son qoymağı hədəfləyən qanun layihəsi üzərində çalışır. Qurani-Kərimin yandırılmasına görə ölkəmiz adından üzr istəyirəm".