Xarici işlər naziri müsəlmanlardan üzr istədi

 Xarici işlər naziri müsəlmanlardan üzr istədi

"Danimarkanın paytaxtı Kopenhagendə bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurani-Kərimə edilən hücumlara görə təssüflənirik". 

Asayis.Az xəbər verir ki, bu sözləri Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, bu tip hərəkətlər yolverilməzdir:

"Sözügedən hücumlar Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozur. Hökumətimiz bu çirkin əməllərə son qoymağı hədəfləyən qanun layihəsi üzərində çalışır. Qurani-Kərimin yandırılmasına görə ölkəmiz adından üzr istəyirəm".

10:33 - 15 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin