Nigerdə çevriliş edən hərbçilərdən ibarət nümayəndə heyəti Konakriyə səfər zamanı Qvineya hakimiyyətindən ölkəyə dəstəyi gücləndirməyi xahiş edib.
Asayis.Az axar.az-a istinadən bildirir ki, bu barədə RTG kanalı məlumat yayıb.
"Niger nümayəndə heyətinin rəhbəri, briqada generalı Musa Salau Barmu bildirib ki, Niger qarşıda duran çətinliklərlə mübarizə aparmaq üçün Qvineyadan daha çox dəstək istəyir", - məlumatda bildirilib.