Usta işlədiyi obyektdə öldü

 Usta işlədiyi obyektdə öldü

Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb.

Asayis.Az xəbər verir ki, hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Müxəlif dərəcəli ağır bədən xəsarətləri alan usta hadisə yerində ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

14:20 - 14 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin