Balakəndə usta təmir işləri aparan zaman yıxılaraq ölüb.
Asayis.Az xəbər verir ki, hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Müxəlif dərəcəli ağır bədən xəsarətləri alan usta hadisə yerində ölüb.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.