İranın sonuncu şahı Rza Pəhləvinin nəvəsi İman nişanlanıb.
Asayis.Az bildirir ki, bu barədə onun valideynləri məlumat verib.
Fərəh Pəhləvi və Məhəmməd Rza Şahın nəvələrindən biri İman Pəhləvi Bredli Şermanla nişanlanıb.
“Əziz İman qızımız bu həftə sonu nişanlandı. O, Bredli ilə üç ildir ki, görüşür. Biz onların münasibətlərinin çiçəklənməsini müşahidə edirdik. Onlar həyatlarını birgə bölüşməyə söz verdilər“, – deyə Jasmin Pəhləvi və Rza Pəhləvi İnstaqramda ortaq paylaşım edərək cütlüyün çimərlikdə nişan fotolarını paylaşıb.
Şerman İmana armud formalı brilyant üzük təklif edib.
Nişanda İmanın bacıları Nur və Fərəh də iştirak edib.
İran şahının həyat yoldaşı, Şahbanu Fərəh Pəhləvi də nəvəsini təbrik edib: “Əziz İman, Cənab Bredford Şermanla evlənməyiniz mənə böyük sevinc bəxş etdi. Hər ikinizə xoşbəxtlik, sülh, sevinc dolu illər arzulayıram”-deyə Fərəh Pəhləvi yazıb.
LinkedIn-dəki məlumata görə, 29 yaşlı İman hazırda American Express-də işləyir. Onun nişanlısının elektron ticarət şirkətində çalışdığı deyilir. Onların hər ikisi Nyu Yorkda yaşadığı bildirilir.
Toy tarixi hələ açıqlanmayıb.//Azpost.info