Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.
Asayis.Az xəbər verir ki, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Əzizağayev Z.H. fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.//Report