Xaçmazda faciə - 2 yaşlı uşaq öldü

 Xaçmazda faciə - 2 yaşlı uşaq öldü

Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.

Asayis.Az xəbər verir ki, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Əzizağayev Z.H. fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.//Report

17:29 - 13 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin