ABŞ və İran əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib.
Asayis.Az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, Tehranın humanitar məqsədlər üçün 6 milyard dollar əldə etməsi və ABŞ-nin bir neçə məhbus iranlını azad etməsi müqabilində beş ABŞ məhbusuna İranı tərk etməyə icazə veriləcək.
Qeyd olunur ki, ABŞ və İran arasında bu razılaşma ilə bağlı danışıqlar bağlı qapılar arxasında iki il davam edib.