Asayis.Az xəbər verir ki, sənətçinin Bilgəhdə yerləşən bağ evinin görüntüsü müzakirəyə səbəb olub. Buna səbəb isə villanın görünüşü ilə qiymətididir.
Əmlak eksperti Ramil Qasımzadə Qaynarinfo-ya açıqlamasında Ədalət Şükürovun bağ evinin görnüşünə görə qiymətinin təyin edlməsinin mümkün olmadığını bildirib:
"Villanın qiyməti onun yerləşdiyi ərazi, tikintidə istifadə olunan materillarla bağlıdır. Biz bilmirik ki, orada hansı ölkənin tikinti materialı istifadə olunub. Torpaq sahəsi, evin necə kv.m-də inşa olunması da vacib şərtdir. Biz bunu bilmirik. Yeganə gözə dəyə məqam hovuzdur. Belə hovuzun tikintisi 30-35 min manata başa gəlir”.
Qaynarinfo